Futbol üzrə İspaniya La Liqasının 6-cı turunun açılış matçında Atletiko Madrid səfərdə Xetafe ilə üz-üzə gəlib
2021-09-22 10:11
Futbol üzrə İspaniya La Liqasının 6-cı turunun açılış matçında Atletiko Madrid səfərdə Xetafe ilə üz-üzə gəlib. İlk hissədə geri düşən Madrid təmsilçisi Luis Suarezin son dəqiqələrdə vurduğu qollarla oyundan əzmkar qələbə ilə ayrılıb, 1:2. Türkiyə superliqsında da 6-cı tura start verilib. Doğma meydanda Adana Demirsporu qəbul edən Beşiktaş 3:0 önə keçdiyi qarşılaşmadan sonda 3:3-lük bərabərliklə ayrılıb. İtaliya A seriyasında isə 5-ci həftə matçları oynanılır. Fiorentinaya qonaq olan son çempion İnter 3:1 hesablı qələbə qazanıb.
Vüsalə camal