Futbol üzrə İngiltərə Premyer Liqasında XIII tur davam edir
2020-12-17 10:10
Futbol üzrə İngiltərə Premyer Liqasında XIII tur davam edir. Turun mərkəzi oyunu Liverpulda baş tutub. “Tottenhem” liderliyi bölüşdüyü son çempion “Liverpul”un qonağı olub. Rəqibi üzərində minimalhesablı qələbə qazanan “qırmızılar” həm rəqibinin uğurlu seriyasını qırıb, həm də vahid liderliyi ələ keçirib. Meydan sahiblərinin heyətində qolları hücum xəttinin liderləri Məhəmməd Salah və Roberto Firmino vurublar. Qonaqlardan Son Xın Min fərqlənib - 2:1.
Fərid Mehdiyev