Futbol üzrə İngiltərə kubokunun 1/8 final oyunu çərçivəsində “Çelsi” “Stemford Bric”də “Liverpul”la qarşılaşıb
2020-03-04 10:06
Futbol üzrə İngiltərə kubokunun 1/8 final oyunu çərçivəsində “Çelsi” “Stemford Bric”də “Liverpul”la qarşılaşıb. Görüşdə zadəganlar hər hissədə vurduqları 1 qolla 2:0 hesabıyla qalib gəliblər. Bu qələbəylə “Çelsi” 1/4 final mərhələsinə vəsiqə qazanıb. “Liverpul” isə bu mövsüm ardıcıl olaraq iki dəfə məğlubiyyətə uğrayıb.
Fərid Mehdiyev