Futbol üzrə I Divizionda yığma komandaların oyunları səbəbindən yaranan fasilə başa çatıb
2020-11-19 16:10
Futbol üzrə I Divizionda yığma komandaların oyunları səbəbindən yaranan fasilə başa çatıb. Aşağı liqada 6-cı tura iki oyunla start verilib. "Kəpəz" Gəncədə MOİK-i 1:0, "Turan Tovuz" səfərdə "Qaradağ Lökbatan"ı 3:1 hesabı ilə məğlub edib. Bu nəticələrlə tovuzlular turnir cədvəlində liderliyini, gəncəlilər isə 2-ci pillədəki yerini qoruyub.
Vüsalə Camal