Futbol üzrə Fransa Liqa 1-də XIV turun "Lion" - "Marsel" görüşü yarımçıq qalıb
2021-11-22 10:12
Futbol üzrə Fransa Liqa 1-də XIV turun "Lion" - "Marsel" görüşü yarımçıq qalıb. Buna yerli komanda azarkeşlərinin qonaqların futbolçularına oynamaq imkanı verməmələri səbəb olub. 5-ci dəqiqədə hesab 0:0 ikən "Marsel" künc zərbəsi yerinə yetirməyə başlayarkən, tribunadan yad əşyalar atılıb. Nəticədə yarımmüdafiəçi Dimitri Payetin başına su qabı dəyib.
Fərid Mehdiyev