Canlı
Futbol üzrə Dünya Kuboku bu gün Bakıya gətiriləcək

2018-02-09 / 10:05

Futbol üzrə Dünya Kuboku bu gün xüsusi təyyarə ilə Bakıya gətiriləcək. Ali mükafatı 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö müşayiət edəcək. Kubok Bakı sakinləri və qonaqlara nümayiş etdiriləcək. Saat 13-dən 19-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər. Azərbaycana səfər AFFA-nın beynəlxalq təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

Vəfa Şairova