Canlı
Futbol üzrə DÇ-2018-in pley-off mərhələsindən mundiala yollanan növbəti milli bəlli olub

Futbol üzrə DÇ-2018-in pley-off mərhələsindən mundiala yollanan növbəti milli bəlli olub. Ötən gün İtaliya evdə İsveçi qəbul edib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan skandinaviyalılar mundiala vəsiqə qazanıb. Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildə ilk dəfə DÇ-yə vəsiqə qazana bilməyiblər. “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komandadır ki, Rusiyada oynamayacaq.

Vəfa Şairova