Futbol üzrə Braziliya millisinin sabiq futbolçusu Paraqvayda həbsdən azad edilib
2020-03-06 16:07
Futbol üzrə Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda həbsdən azad edilib. Hökumət 39 yaşlı keçmiş yarımmüdafiəçi və qardaşı Assisi sənədləri saxtalaşdırmada ittiham etməməyi qərara alıb. Qardaşlar səhvlərini etiraf etdikdən sonra sərbəst buraxılıblar. Ronaldinyo dünya çempionu və "Qızıl top"un sahibi olub.
Vüsalə Camal