Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun “Sabah” – “Səbail” oyunu bu gün baş tutmayacaq
2020-11-21 10:08
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun “Sabah” – “Səbail” oyunu bu gün baş tutmayacaq. Peşəkar Futbol Liqasının məlumatına görə, səbəb kimi bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəyi göstərilib. Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək. Ötən tur "Sabah"ın "Zirə" ilə oyunu da eyni səbəbdən vaxtında baş tutmayıb.
Vüsalə Camal