Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib

2019-11-02 12:07

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib. İlk oyun günündə son çempion “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Türkiyə çempionatının 10-cu turunun açılış matçında “Qalatasaray” – “Rizəsporu” 2:0 hesabı ilə məğlub edib. Cənubi Azərbaycanın fəxri, Təbrizin “Traxtor” klubu isə İran çempionatının 8-ci turunda “İstiqlal”ı qəbul edib və rəqibinə 2:4 hesabı ilə yenilib.

Ruhəngiz Hacızadə