Canlı
Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turu Azərbaycan futbolunda ilklə əlamətdar olacaq.

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turu Azərbaycan futbolunda ilklə əlamətdar olacaq. Ölkənin ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu ilk dəfə çempionat matçını qəbul edəcək. “Qarabağ”ın “Sumqayıt”la ev matçının keçiriləcəyi məkan inşa olunduğu vaxtdan indiyədək yalnız beynəlxalq matçlar zamanı istifadədə olub. Bununla, Bakı Olimpiya Stadionu Azərbaycan çempionatları tarixinə 61-ci stadion kimi düşəcək.

Fərid Mehdizadə