Canlı
Futbol üzrə Azərbaycan millisinin məşqçiləri Kosovo yığmasının oyunlarını izləyəcəklər

2018-03-07 / 18:07

Futbol üzrə Azərbaycan millisinin məşqçiləri Kosovo yığmasının oyunlarını izləyəcəklər. Bu məlumatı yığmamızın baş məşqçisi Qurban Qurbanov verib. 46 yaşlı mütəxəssis bildirib ki, köməkçilərindən birini UEFA Millətlər Liqasındakı rəqibin yoxlama görüşlərinə göndərəcək. Balkan təmsilçisi martın 24-də Madaqaskar, üç gün sonra Burkina-Faso ilə üz-üzə gələcək. Hər iki görüş Fransanın Frankonvil şəhərindəki baş tutacaq.

Vüsalə Camal