Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununa təyinatlar açıqlanıb
2021-03-22 14:00
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununa təyinatlar açıqlanıb. Qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın referisi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Nərgiz Camal