Futbol üzrə Azərbaycan kubokunda 2021/22 mövsümünün püşkü atılıb
2021-11-10 18:08
Futbol üzrə Azərbaycan kubokunda 2021/22 mövsümünün püşkü atılıb. Sayca 30-cu kubok uğrunda mübarizəyə 12 komanda qoşulacaq. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK də yarışacaq. "Turan Tovuz" ölkə kubokuna qatılmaqdan imtina edib. “Kəpəz” “Sabah”a rəqib olub. Sarı-göylər 1 oyundan ibarət olan 1/8 final mərhələsindəki qarşılaşma üçün səfərə yollanacaqlar. Bu turun oyunları 10-11 dekabra təsadüf edəcək. Kubokun final görüşü mayın 27-də keçiriləcək.
Vüsalə camal