Futbol üzrə Azərbaycan 1-ci divizionunda 3-cü həftənin oyunlarına start verilib
2021-09-28 18:09
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 3-cü həftənin oyunlarına start verilib. Tur çərçivəsində Kəpəz doğma meydanda Qarabağ-2 komandasını qəbul edib. İlk hissəsi qonaqların 2:0-lıq üstünlüyü ilə tamamlanan matçın ikinci yarısında Kəpəz əsl əzmkarlıq nümunəsi sərgiləyərək, möhtəşəm geri dönüşə imza atıb. 4:2, "sarı-göylər" mövsümün ilk qələbəsini qazanıb.
Vüsalə camal