Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti oyunları keçiriləcək
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq. Günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında olacaq. Oyun saat 17:00-da başlayacaq. Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar - 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.
Fərid Mehdiyev