Futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək
Almaniya millisi Avropa çempionatlarına 4 top fərqlə qələbə ilə başlayan milli komanda kimi tarixə düşüb. Almaniya buna ötən gün start verilən futbol üzrə XVII Avropa çempionatında nail olub. Münhendəki "Allianz Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiyanı üstələyib. Bu qrupun digər qarşılaşması bu gün, saat 17-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək. Bu gün futbol üzrə Avropa çempionatında I tur çərçivəsində B qrupunun oyunları da reallaşacaq. Saat 20-də Berlində İspaniya Xorvatiyanı sınağa çəkəcək. 3 saat sonra start götürəcək matçda isə İtaliya və Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcək.
Vüsalə Cənnətova

