Futbol üzrə Avropa çempionatında 1/4 final oyunları başlayır
Futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək. Ştutqart İspaniya və Almaniya yığmaları axşam saat 8-də üz-üzə gələcək. Saat 23-də isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Oyun Hamburqda baş tutacaq. 1/4 finalın digər iki görüşü sabah keçiriləcək.
Zülfiyyə Telmanqızı