Futbol üzrə Almaniya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib
2021-05-25 14:10
Futbol üzrə Almaniya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu vəzifəyə Hans-Diter Flik gətirilib. Cari mövsümün sonunda "Bavariya" klubundan ayrılan 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Flik AVRO-2020-dən sonra yığmanın sükanı arxasına keçəcək. Almaniya millisinin hazırkı çalışdırıcısı Yoahim Lövdür.
Fərid Mehdiyev