Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib
2020-01-29 12:07
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib. Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti görüşünə çıxıb. Səfərdə “Vehen”ə 0:1 hesabıyla məğlub olan Aue təmsilçisinin start heyətində meydana çıxan millimizin futbolçusu sonadək mübarizə aparıb. Cari mövsümdə 7 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
Vəfa Şairova