2021-03-31 10:10
Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin III turu keçirilib. turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma baş tutub. Millimiz doğma meydanda Serbiya seçməsinə 1:2 hesabı məğlub olub. Yığmamızın yer aldığı qrupda Portuqaliya səfərdə Lüksemburqdan üstün olub 3:1. E qrupunda Belçika millisi Belarusun qapısından 8 cavabsız top keçirib. G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanının müqavimətini qıra bilmiyib görüş 3:3 başa çatıb. Niderland yığması isə səfərdə qrupun autsayderi Cəbəllütariqi darmadağın edib - 7:0. Digər oyunlarda isə bu nəticələr qeydə alınıb. Slovakiya - Rusiya 2:1, Xorvatiya - Malta 3:0, Kipr - Sloveniya 1:0, Monteneqro - Norveç 0:1, Qətər - İrlandiya 1:1.
Fərid Mehdiyev