Futbol üzrə ölkə çümpionatında 10 komanda olacaq
2021-02-02 12:00
2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda olacaq. Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun Hesabat Konfransında bildirib. Məmmədov elitaya 2 yeni klubun daxil olacağını diqqətə çatdırıb. Beləliklə, azarkeşlər gələn mövsümdən 10 komandalı Premyer Liqanın həyəcanını yenidən yaşayacaq. Bu klublardan birinin "Kəpəz" olacağı ən real variantdır.
Vüsalə camal