Futbol üzrə İtaliya A seriyasının altı oyunu azarkeşsiz keçiriləcək
2020-02-25 16:06
Futbol üzrə İtaliya A seriyasının altı oyunu azarkeşsiz keçiriləcək. 27-ci turun koronavirusun yayıldığı bölgələrdə keçirilməli olan görüşləri qapalı tribunalar önündə baş tutacaq. Turun mərkəzi qarşılaşması sayılan “Yuventus” – “İnter” matçı da azarkeşlərsiz təşkil olunacaq. Eyni qərar “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – “Spal”, “Sassuolo” – “Spal” və “Sampdoriya” – “Verona” qarşılaşmalarına da şamil ediləcək.
Vüsalə Camal