Futbol üzrə ölkə çempionatının başlayacağı tarix dəqiqləşdirilir
2020-07-30 14:09
Aparılan müzakirələr və klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklif irəli sürülüb. AFFA bu təklifi Peşəkar Futbol Liqasına təqdim edib. PFL-in çempionatın başlanma tarixi ilə bağlı qərar qəbul etməsindən əvvəl COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini nəzərə alan AFFA müvafiq strukturlara müraciət ünvanlayıb.
Fərid Mehdiyev