Futbolçuları koronavirusa yoluxan komanda Çempionlar liqasından uzaqlaşdırıldı
2020-09-24 14:07
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Asiya Çempionlar Liqasından kənarlaşdırılıb. Qərar Əmirliyin "Əl-Əhli" komandası ilə qarşılaşmanın baş tutmamasından sonra verilib. Çünki Riyad təmsilçisi start heyətə 9 oyunçu və ehtiyata 2 qapıçı daxil edib. Qaydalara görə, matçın iştirak ərizəsində ən azı 13 futbolçu olmalıdır. Asiya Çempionlar Liqasının hazırkı qalibində futbolçuların çoxu koronavirusa yoluxub. 27 futbolçu və məşqçi karantindədir.
Nərgiz Camal