Futbolçu Luka Modriç klubdaki gələcəyi ilə bağlı qərarını verib
2020-12-29 14:10
İspaniyanın Real Madrid klubunun ulduz futbolçusu Luka Modriç klubdaki gələcəyi ilə bağlı qərarını verib. Xorvatiyalı yarımmüdafiəçi kral klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Artıq tərəflərin bütün şərtlərdə anlaşdıqları bildirilir. O, Real-la 2022-ci ilin yayınadək nəzərdə tutulan yeni müqaviləyə imza atacaq. Modriçin klubla hazırkı müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. O, 2012-ci ildən Madrid təmsilçisinin şərəfini qoruyur.
Nərgiz Camal