Fudokançılarımız Avropa çempionatında daha iki medal qazanıblar
2021-10-06 10:05
Polşada fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər. 18-21-yaşlı idmançılarımızdan Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar. Bundan əvvəl Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub.
Fərid Mehdiyev