Fransanın sabiq prezidenti Sarkozi rüşvətxorluqda ittiham edirlir
2020-12-11 14:08
Paris Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozi ilə bağlı proses üzrə qərarını gələn ilin martında elan edəcək. Sabiq dövlət başçısı seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair istintaqın gedişi barədə məxfi məlumatların əldə edilməsinə çalışmaqla ittiham olunur. O, bunun müqabilində Konstitusiya Məhkəməsinin keçmiş hakiminə daha yaxşı vəzifəyə keçməkdə kömək edəcəyinə söz verib. Məhkəmə Sarkozini korrupsiyada və nüfuz alverində ittiham edir. Onu bu maddələr üzrə 10 il həbsxana cəzası və bir milyon avroya qədər cərimə gözləyir.
Vüsalə Camal