Fransanın PSJ klubunun futbolçusu Marçin Bulka qəzaya düşüb
2020-05-29 16:07
Fransanın PSJ klubunun futbolçusu Marçin Bulka qəzaya düşüb.Polşalı qapıçı idarə etdiyi “Lamborghini” ilə yol-nəqliyyat hadisəsinin iştirakçısı olub.Nəqliyyat vasitəsi ciddi əzilsə də, 20 yaşlı qolkiper xəsarət almayıb.Qeyd edək ki, Bulka PSJ-yə ötən yay keçib. 2 illik müqaviləyə malik polşalı cəmi 1 matçda şans qazanıb.
Vəfa Şairova