Fransanın PSJ klubunun futbolçusu İspaniya "Barselona"sında çıxış edən Lionel Messinin rekordunu qırıb
2020-10-10 11:09
Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniya "Barselona"sında çıxış edən Lionel Messinin rekordunu qırıb. 28 yaşlı hücumçu buna Braziliya millisinin heyətində nail olub. Forvard 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Boliviya ilə görüşdə 18 uğurlu driblinq edib. Bu, son üç mundialın seçmə mərhələsində ən yaxşı göstəricidir. Əvvəlki rekordu 2011-ci ildə Kolumbiyaya qarşı Argentina yığmasının heyətində Lionel Messi 15 uğurluq driblinqlə gerçəkləşdirib. Braziliya Boliviyanı 5:0 hesabı ilə üstələyib.
Vəfa Şairova