Fransanın PSJ klubunda çıxış edən Kosta-Rika millisinin qapıçısı Keylor Navas zədələnib
2021-10-14 18:00
Fransanın PSJ klubunda çıxış edən Kosta-Rika millisinin qapıçısı Keylor Navas zədələnib. 35 yaşlı qolkiper ABŞ-a 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda əzələsində yaranan problem səbəbindən fasilədə əvəzlənib. O, oktyabrın 15-də Fransa Liqa 1-in X turunda Anje ilə matçı və oktyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniya "Leyptsiq"i ilə görüşü buraxmalı olacaq.
Nərgiz camal