Fransanın PSG klubunun baş məşqçisi Maurisio Poçettino yeni təyinatı barədə danışıb
2020-01-06 18:09
Fransanın PSG klubunun baş məşqçisi Maurisio Poçettino yeni təyinatı barədə danışıb. Argentinalı mütəxəssis vaxtilə formasını geyindiyi Paris təmsilçisinə döndüyü üçün sevincli olduğunu bildirib. 49 yaşlı çalışdırıcı kollektivə uyğunlaşmağa çalışdığını vurğulayaraq, PSG-yə keçidinə görə şərait yaradan Nasser və Leonardoya təşəkkürünü bildirib. Klubun gözləntilərinin fərqində olduğunu qeyd edən mütəxəssis, Barcelona klubunun kapitanı Lionel Messinin kluba mümkün transferi ilə bağlı sualı da cavablandırıb. "Bu sualı niyə verdiyinizi başa düşürəm. Bu transferlə bağlı danışmağa vaxtımız olacaq”,- deyə həmyerlisinin keçidini istisna etməyib.
Nərgiz camal