Fransanın kiv nümayəndələri Gəncəyə səfər ediblər
2021-05-20 14:06
Fransanın KİV nümayəndələri Gəncədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar. Erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzüblər. Fransalı jurnalist Karim Ahmed İfrak "Mülkiyə əhaliyə qarşı terror aktı bizi şoka saldı. Ermənilər mülki əhalini, uşaqları öldürüb. Burada yaşayan fransızlarla görüşdük, onlar Fransanın mövqeyinə təəccübləndiklərini bildirdilər. Azərbaycanlı dostları ilə əlaqələri möhkəmdir və Azərbaycanı dəstəkləyirlər", - deyə bildirib.
Vüsalə Camal