Fransanın “Sent-Etyenn” klubunda 5 nəfərdə koronavirus yoluxması aşkarlanıb
2020-06-19 10:08
Fransanın “Sent-Etyenn” klubunda 5 nəfərdə koronavirus yoluxması aşkarlanıb. Bunu Liqa1 təmsilçisi açıqlayıb. Testlərin nəticələri müsbət nəticələnənlərdən üçü əsas komandanın futbolçularıdır.Yoluxanlar bir-biri ilə təmasda olmayıb. Onların hər biri karantində olsa da, ayrı-ayrı yerlərdə virusa tutulub. Bu beş şəxs yenidən izolyasiyaya göndərilib. Onlar karantin müddətindən sonra növbəti dəfə test verəcək.
Fərid Mehdiyev