Fransadakı səfirliyimiz erməni fanatiklərin hücumları ilə bağlı bəyanat yayıb
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edir. Bu barədə səfirliyimiz tviter səhifəsində bəyanat yayıb. Sənəddə erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılması, ona hüquqi qiymət verilməsi, bu hücumun vurduğu ziyanın aradan qaldırılması Fransanın səlahiyyətli orqanlarından tələb olunub. Bildirilib ki, qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycanın Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olması təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar.