Fransada içərisində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb
2020-12-09 10:07
Fransa hava naviqasiya xidmətinə məxsus helikopterdə xidmətin dörd əməkdaşı və iki xilasedici olub. Hadisə 1800 metr yüksəklikdə baş verib. Məlumata görə, qəza nəticəsində altı nəfərdən beşi ölüb. Sağ qalan pilotun vəziyyəti ağırdır. O, vaxtında katapult oluna bilib. İnsidentin səbəbləri hələlik məlum deyil.
Vəfa Şairova