Canlı
Fransada daşqın xəbərdarlığı elan edilib

Fransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub. “Meteo France" Təşkilatı güclü yağışların daşqınlara səbəb ola biləcəyini bəyan edib. Sinoptiklərin xəbərdarlığı sabah saat 09:00-dək qüvvədə olacaq. Xatırladaq ki, leysan İtaliyanın mərkəzi regionlarına ciddi ziyan vurub. Toskana vilayətində 8 nəfər daşqınların qurbanı olub, 15 min ailə zərər çəkib.

Vəfa Şairova