Fransa XİN Azərbaycan və Ermənistan arasında normallaşma səylərini dəstəkləyib
2021-03-18 10:00
Xarici işlər naziri Ceyhun Bayramov və Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Nazirlər regiondakı cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Danışıq zamanı nazirlər Azərbaycan tərəfindən təqdim edilmiş beş baza prinspinə toxunublar. Fransa naziri ölkəsinin Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstəyini ifadə edib. Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Nərgiz camal