Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib
2020-11-26 14:00
Bakı sakinləri Fransanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları səfirlik qarşısında ingilis və fransız dillərində hazırlanan plakatlarda "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar nümayiş etdiriblər. Səfirlik qarşısında səsləndirilən bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar əldə edilən razılaşmaya kölgə salır. Fransanın Azərbaycandakı səfiri Zaxari Qross isə bildirib ki, Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib, ölkə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır.
Vəfa Şairova