Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-ni tərk edə bilər
2020-09-14 12:08
Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-ni tərk edə bilər. 22 yaşlı hücumçu növbəti yay komandadan ayrılacağı ilə bağl Paris təmsilçisinin rəhbərliyini xəbardar edib. Klub fransalı forvardı 300 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil. Mbappe mövsüm ərzində 16 - 20 milyon avro maaş almaq istəyir. Kilian Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.
Vəfa Şairova