Canlı
Fransa millisi finalda!

2018-07-11 / 12:05

Futbol üzrə dünya çempionatında ilk finalçının adı məlum olub. Həlledici oyuna vəsiqə üçün ilk olaraq, Fransa və Belçika milliləri mübarizə aparıblar. Matçın taleyini 1 qol həll edib. İkinci yarının əvvəlində fərqlənən fransızlar 1:0 hesablı qələbə ilə finala adlayıblar. Bu gün digər yarımfinal oyununda Xorvatiya – İngiltərə ilə üz-üzə gələcək.

Vəfa Şairova