Fransa münaqişənin tənzimlənməsi üçün əlindən gələni edir
2020-09-30 16:06
Fransa ATƏT Minsk qrupundakı rusiyalı və amerikalı tərəfdaşları ilə birgə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində dialoqun və siyasi prosesin bərpası üçün əlindən gələni edir. Bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Fransa üçün əsas prioritet Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və danışıqlar prosesinin bərpasıdır. Fransa münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində danışıqlar yolu ilə uzunmüddətli həllinə sadiqliyini təsdiq edir.
Vüsalə Camal