Fransa hökumətinin peyvəndlə bağlı qərarı cüdoçularımıza da təsir edəcək
2021-02-01 14:00
Fransanın İdman naziri Roksana Marasinyanunun Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların Fransaya gələ biləcəyini açıqlaması Azərbaycanın daha bir növdə çıxış edən idmançılarına təsir edəcək. Cüdoçuların 5-6 fevralda paytaxt Parisdəki Böyük Dəbilqədə iştirakı ilə bağlı maneə aradan qaldırılıb. Daha əvvəl Fransa “Sinovac” vaksinini qəbul etmədiyi üçün idmançıların ölkəyə girişində problem yaranmışdı.
Vüsalə camal