Fransızlar ingilislərə hücum edib
Fransanın PSJ klubunun azarkeşləri İngiltərənin "Nyukasl" komandasına qarşı keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl qonaq fanatlara hücum ediblər. Hadisə Parisdə, tərəfdarların istirahət etdiyi obyektlərin birində baş verib. Fransalı azarkeşlər binaya stul, stol və tüstü bombası atıblar. "Nyukasl" fanatları isə barrikada qurmağa çalışıblar. Xəsarət alanlar barədə məlumat verilməyib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Parisdə bəzi obyekt sahiblərinə öz müəssisələrini daha erkən bağlamaq göstərişi verilib.
Emin İsazadə