France 24” Gəncədən reportaj yayımlayıb
2020-10-14 13:06
Fransanın “France 24” televiziya kanalı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb. Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılan binaların, yaxınlarını itirən insanların görüntüləri təqdim olunur. “Dağıntıların altından cansız bədənlər bir-bir çıxarılarkən biz bu atəşin insan həyatına necə qıydığını aydın görürük”, – deyə reportajda qeyd edilir. Jurnalist bildirir ki, buradakı insanlar beynəlxalq ictimaiyyətdən sərt mövqe gözləyirlər.
Vüsalə Camal