"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb
2021-06-04 18:10
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. "Haytek qran-pri" komandasından Liam Louson bütün rəqiblərini qabaqlayaraq birinci olub. Onun komanda yoldaşı Yuri Vips ikinci, "Prema Reysinq"dən Oskar Piastri üçüncü yeri tutub. Sabah "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.
Fərid Mehdiyev