"Formula 1"-in sınaq yürüşü ləğv olunub
2020-10-09 17:08
"Formula 1" üzrə Almaniyada keçirilən Ayfel Qran-prisinin ilk sınaq yürüşü ləğv edilib. Buna əlverişsiz hava şəraiti səbəb olub. Nürburqrinq trasının üzərində sıx duman yaranıb və intensiz yağış başlayıb. İkinci sınaq yürüşü sabah Bakı vaxtı ilə saat 17-də başlayacaq. Ayfel Qran-prisinə oktyabrın 11-də yekun vurulacaq.
Nərgiz Camal