"Formula 1": "Rusiya Qran-prisi təqvimdən çıxarılıb
2021-02-24 12:10
Rusiya Qran-prisi "Formula 1" üzrə dünya çempionatının bilet satışı bölməsindəki təqvimdən çıxarılıb. Hazırda siyahıda 23 yox, 22 Qran-prinin adı qeyd olunub. Həmçinin turnir cədvəlindən bu ölkənin bayrağı götürülüb. Rusiya Qran-prisi sentyabrın 25-də Soçidə gerçəkləşməli idi. "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.
Fərid Mehdiyev