Formula 1 Azərbaycan Qran-Prisinə ilk bileti Türkiyə vətəndaşı alıb
2021-03-10 18:00
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə ilk bileti Türkiyə vətəndaşı alıb. Fevralın 22-dən satışa çıxarılmış biletlər daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları əldə edirlər. Həmçinin, İspaniya, Hollandiya, Danimarka, Fransa, Norveç və s. ölkələrin azarkeşləri çoxluq təşkil edir. Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.
Nərgiz camal