"Formula 1" şirkəti 2020 mövsümündə ABŞ, Meksika və Braziliyada Qran-pri keçirməkdən imtina edib
2020-07-24 18:10
"Formula 1" şirkəti 2020 mövsümündə ABŞ, Meksika və Braziliyada Qran-pri keçirməkdən imtina edib. Yarışlar koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə gerçəkləşməyəcək. Bundan əlavə, Kanada Qran-prisinin də keçirilməsi sual altındadır. Təqvimdə bu mərhələləri Avropadakı yarışlar əvəzləyəcək.
Vəfa Şairova